“Mançester Siti”nin yarımmüdafiəçisi Anxelinyo mövsümün sonuna qədər icarə əsasında “Leyptsiq”də çıxış edəcək.
“Şəhərlilər”in yetirməsi olan 23 yaşlı futbolçu buna qədər “Nyu York Siti”, “Jirona”, “Malyorka” və “Breda” kimi klublarda da icarəyə verilmişdi. 2018/19 mövsümündə Anxelinyonu PSV-yə satan mançesterlilər ötən yay Eyndhoven klubuna 12 milyon avro ödəyərək yenidən oyunçusuna sahib çıxmışdı. Aleksandr Zinçenkonun zədələnməsinə görə şans qazanan Anxelinyo bu mövsüm meydana çıxdığı 13 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.